G7 liderlərinin növbəti Sammiti Yaponiyada keçiriləcək

G7 liderlərinin növbəti Sammiti Yaponiyada keçiriləcək
# 28 iyun 2022 16:33 (UTC +04:00)

G7 liderlərinin növbəti Sammiti Yaponiyada keçiriləcək.

APA xəbər verir ki, bu barədə G7 liderlərinin Almaniyada keçirilən Sammitinin yekun kommunikesində bildirilib.

"Biz Yaponiya Baş nazirinin 2023-cü ildə Xirosimada növbəti Sammitimizə ev sahibliyi etmək təklifini alqışlayırıq", kommunikedə qeyd olunub.

Yaponiyanın "Kyodo" agentiyi isə hökumət mənbəsinə istinadən yazıb ki, növbəti Sammit 19-21 mayda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR