Gələn ildən İran və Rusiya arasında qrup vizaları ləğv edilir  

Gələn ildən İran və Rusiya arasında qrup vizaları ləğv edilir  
# 05 sentyabr 2022 11:49 (UTC +04:00)

2023-cü il yanvarın 1-dən etibarən İran və Rusiya turistlərinin iki ölkəyə səfərləri üçün qrup vizaları ləğv edilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici Turizmin İnkişafı və Marketinq İdarəsinin baş direktoru Leyla Əjdəri deyib.

O bildirib ki, imzalanmış protokola əsasən, biz 2023-cü il yanvarın 1-dən etibarən İran və Rusiya turistlərinin iki ölkəyə səfərləri üçün qrup vizalarının ləğvi barədə razılığa gəldik.

Onun sözlərinə görə, İran və Rusiya hökumətləri arasında əldə olunmuş razılığa əsasən iki ölkə vətəndaşları üçün iki ölkə arasında 5-50 nəfərlik turist qrupları şəklində səyahət edəcəkləri təqdirdə 15 günlük qalmaq üçün viza tələb olunmayacaq və onlar vizasız qrup şəkilində iki ölkəyə səfər edə biləcəklər.

L.Əjdəri qeyd edib ki, İran və Rusiya vətəndaşları üçün fərdi vizalar ləğv edilməyib və hələ də Rusiya və ya İrana şəxsi və ya qeyri-turistik səfərlərlə bağlı səfirliklər vasitəsilə viza üçün müraciət edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR