Güclü yağışlar Hindistanda 18 nəfərin həyatına son qoyub

Güclü yağışlar Hindistanda 18 nəfərin həyatına son qoyub
# 13 iyul 2022 08:57 (UTC +04:00)

Hindistanın müxtəlif ştatlarında leysan nəticəsində azı 18 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “IndiaTV” kanalı məlumat yayıb.

Güclü yağış Telanqana, Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında həyatı iflic edib.

Daşqın Karnataka ştatında da qeydə alınıb.

Şiddətli yağış səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşməsinin davam etdiyi bildirilir.

Assamda da vəziyyət çətin olaraq qalır.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb.

Çərşənbə axşamı musson yağışı Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib.

Meteoroloqlar yaxın günlərdə yağıntıların şiddətlənəcəyini proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR