Hərbçilər Şimali Koreya liderinin çıxışını ağlayaraq izləyib - VİDEO

Hərbçilər Şimali Koreya liderinin çıxışını ağlayaraq izləyib - VİDEO
# 19 avqust 2022 17:39 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In COVID-19-la mübarizəyə cəlb olunmuş hərbçilərlə görüşüb.

APA NTV-yə istinadən xəbər verir ki, Kim Çen In koronavirusla mübarizədə iştirak etmiş hərbçiləri qəhrəman adlandırıb.

Hərbi qulluqçular ölkə liderinin çıxışını alqış və göz yaşları içində izləyiblər.

Şimali Koreya lideri sonda onlarla xatirə fotosu çəkdirib.

Qeyd edək ki, bu il aprel ayının sonundan - Şimali Koreya Xalq Demokratik Respublikasında koronovirus pandemiyası elan olunandan ümumilikdə 4.77 milyon nəfər bu virusa yoluxub. Onlardan 99,99%-i sağalıb, cəmi 74 nəfər ölüb.

Şimali Koreya lideri Kim Çen In da COVID-19-a yoluxaraq sağalıb.

O, ötən həftə epidemiya əleyhinə müşavirədə ölkəsinin koronovirus infeksiyasına qalib gəldiyini bəyan edib.

© APA | https://www.youtube.com/watch?v=yNWKkTyCP6c

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR