Hindistan 36 OneWeb rabitə peyki ilə daşıyıcı raket buraxıb, yüksəksürətli internet üçün

Hindistan 36 OneWeb rabitə peyki ilə daşıyıcı raket buraxıb, yüksəksürətli internet üçün
# 26 mart 2023 10:12 (UTC +04:00)

Bazar günü, martın 26-da səhər Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 36 OneWeb rabitə peyki ilə ağır LVM3 raketini buraxdı.

APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edildiyi kimi, raket yerli vaxtla 9:00-da ölkənin cənub-şərqində, Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzindən buraxılıb.

Gözlənildiyi kimi, bu peyklər kosmosdan dünyanın istənilən nöqtəsini yüksəksürətli internetlə təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR