Hindistan Cəmmu və Kəşmirdə internetə çıxışı bərpa edib

Hindistan Cəmmu və Kəşmirdə internetə çıxışı bərpa edib
# 17 avqust 2019 14:30 (UTC +04:00)

Hindistan Cəmmu və Kəşmirdə internetə çıxışı bərpa edib.

APA Hindistanın PTİ agentliyinə istinadən xəbər verir ki, internet Cəmmu, Samba, Kathua, Udhampur və Risi rayonlarında bərpa edilib.

Lakin bəzi ərazilərdə hələ də internetin istifadəsi məhduddur.

Qeyd edək ki, avqustun 5-də rəsmi Nyu Deli Cəmmu və Kəşmir ştatına xüsusi status təmin edən Konstitusiyanın 370-ci maddəsinin ləğvini bəyan edib. Xüsusi statusa əsasən, Cəmmu və Kəşmirin muxtariyyatı, öz bayrağı və digər imtiyazları var idi. Hindlilər orada torpaq almaq hüququna malik deyildi. Hindistan hökuməti regionda hərəkətə, internet və telefon xidmətlərinə məhdudiyyət tətbiq edib. Ötən gün isə Hindistan dövlət prokuroru Tuşar Mehta bir neçə gün ərzində məhdudiyyətlərin aradan qaldırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR