Hindistan Hərbi Dəniz Qüvvələri təlimlərə başlayıb

Hindistan Hərbi Dəniz Qüvvələri

© APA | Hindistan Hərbi Dəniz Qüvvələri

# 25 yanvar 2023 10:55 (UTC +04:00)

Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) “TROPEX-23” hərbi təliminə başlayıb.

APA xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən qeyd olunub ki, bu təlim Hind okeanında indiyədək ən böyük hərbi təlimdir.

TROPEX təlimləri iki ildən bir keçirilir və təlimlərdə Hindistan HDQ-nin bütün bölmələri ilə yanaşı, Hindistan Silahlı Qüvvələri, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Xidməti də iştirak edir.

Həmçinin əlavə olunub ki, "TROPEX 23” təlimləri bu ilin ilk 3 ayı ərzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR