Hindistan “Kalaşnikov” avtomatlarının istehsalına başlayıb

AK 203

© APA | AK 203

# 17 yanvar 2023 12:19 (UTC +04:00)

Hindistanda “Kalaşnikov” avtomatlarının AK-203 modelinin istehsalına başlanılıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboroneksport” şirkəti bildirib.

Məlumatda qeyd olunub ki, bu məsələ ilə Rusiya-Hindistan müştərək şirkəti olan İndo-Russia Rifles Private Limited (IRRPL) məşğul olur.

Şirkət Rusiya-Hindistan tərəfdaşlığı haqda deyib: “Rusiya və Hindistanı bir-birinə etibarlı tərəfdaşlıq bağlayır. Hindistanın güc strukturları, “Kalaşnikov” AK-203 avtomatlarının seriyalı istehsalına başlanılması ilə əlaqədar, yüksək keyfiyyətli, rahat və müasir atıcı silahlarla təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR