Hindistan koronavirus əleyhinə vaksin istehsalını dayandırır

 Hindistan koronavirus əleyhinə vaksin istehsalını dayandırır
# 23 aprel 2022 04:34 (UTC +04:00)

Dünyanın ən böyük vaksin istehsalçısı olan Hindistanın “Serum Institute of India” şirkəti covid-19 əleyhinə vaksin istehsalını dayandıracağını açıqlayıb.

APA-nın xəbərinə görə, şirkət 1 milyard dozadan artıq Covishield vaksini istehsal edib. Onun məhsulları əsasən kasıb ölkələr üçün nəzərdə tutlub.

Şirkət bildirir ki, hazırda dünyada covid-19 əleyhinə vaksin və preparatların bolluğu yaranıb, yeni məhsul sifarişi minimuma enib. Rəhbərlik anbarda qalan 200 milyon doza vaksinin kasıb ölkələrə verilməsini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR