Hindistan və Banqladeşdə daşqınlar insan tələfatına səbəb olub

Hindistan və Banqladeşdə daşqınlar insan tələfatına səbəb olub
# 23 may 2022 06:05 (UTC +04:00)

Hindistan və Banqladeşdə daşqınlar və torpaq sürüşməsi ciddi insan tələfatı ilə nəticələnib.

APA-nın xəbərinə görə, həftə ərzində Banqladeşdə baş verən sel və torpaq sürüşmələrində həlak olanların sayı 60 nəfəri keçib. Hindistanla sərhəddəki Borak çayının daşması nəticəsində bənd uçşub, yüzdən çox kənd su altında qalıb. Bu gündən etibarən çaylarda suyun səviyyəsi azalmağa başlayıb.

Hindistanda isə daşqınlar 50-dən çox insanın ölümünə səbəb olub. Bihar ştatında 100 minədək sakini evlərini tərk edib. Ştatın əhalisi həmçinin anomal istilərdən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR