Hindistanda avtobus qəzasında 25 nəfər həlak olub

Hindistanda avtobus qəzasında 25 nəfər həlak olub
# 05 oktyabr 2022 07:48 (UTC +04:00)

Hindistanda Uttar Pradeş ştatında baş verən avtobus qəzasında azı 25 nəfər həlak olub.

APA xəbər verir ki, hadisə ilə bağlı NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, toydan qayıdan 40-dan çox sərnişini daşıyan avtobus idarəetməni itirərək dərəyə yuvarlanıb. Xilasedicilər 21 nəfəri əzilmiş avtobusdan çıxararaq xəstəxanaya yola salıblar. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR