Hindistanda Covid-19 testlərinin satışına nəzarət gücləndirilir

Hindistanda Covid-19 testlərinin satışına nəzarət gücləndirilir
# 23 yanvar 2022 05:46 (UTC +04:00)

Hindistan satışda olan sürətli koronavirus testləri ilə bağlı qaydanı dəyişir.

APA-nın xəbərinə görə, ölkədə bu testlərə maraq həddindən artıq böyükdür.

Lakin son günlərdə bir çox hindlinin testi müsbət çıxsa da, bunu gizlətdiyi məlum olub. Buna görə də bəzi ştatlarda testlərin nəticələrini hər bir halda satışı həyata keçirən aptekə xəbər vermək tələbi qoyulub. Eyni zamanda, əczaçılar da, müştərilərin telefon nömrələri və şəxsi məlumatlarını toplamalıdır.

Qeyd edək ki, Hindistan sürətli testlərin ən çox satıldığı ölkələrdəndir. Bu testlərin sutkalıq satışı 2 milyon ədədi keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR