Hindistanda etiraz aksiyaları zamanı 260 nəfər saxlanılıb

Hindistanda etiraz aksiyaları zamanı 260 nəfər saxlanılıb
# 18 iyun 2022 08:53 (UTC +04:00)

Hindistanın Uttar-Pradeş ştatında etiraz aksiyaları zamanı polis 260 nəfəri həbs edib.

APA xəbər verir ki, bu barədə NDTV kanalı məlumat verib.

Artıq 3 gecədir polislə gənclər arasında qarşıdurma davam edir. Gecə saatlarında 12 vaqon yandırılıb, ictimai əmlaka zərər vurulub. Etiraz baş verən ərazilərdə İnternet kəsilib.

Qeyd edək ki, etiraz aksiyalarına səbəb orduda işə qəbul qaydalarının dəyişməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR