Hindistanda fabrikdə partlayış baş olub, ölənlər var

Hindistanda fabrikdə partlayış baş olub, ölənlər var
# 26 dekabr 2021 14:43 (UTC +04:00)

Hindistanın Bihar ştatında əriştə fabrikindəki qazanın partlaması nəticəsində azı 6 işçi ölüb, 10-dan çoxu yaralanıb.

APA bildirir ki, bu barədə “Hindustan Times” rəsmilərə istinadən xəbər verir.

Məsələ ilə bağlı məlumatlı mənbələrdən verilən məlumata görə, partlayış nəticəsində yaxınlıqdakı binalara da ziyan dəyib.

“Times of India” qəzetinin yazdığına görə, partlayış o qədər güclü olub ki, səsi hadisə yerindən 5 kilometr aralıda eşidilib.

Xilasetmə əməliyyatları davam edir. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR