Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb
# 01 iyun 2023 15:14 (UTC +04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Hindistan HHQ rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, “Kiran” reaktiv təlim təyyarəsi bu gün Karnataka ştatının Çamrajnaqar bölgəsinin yaxınlığında gündəlik təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza zamanı ölən və ya xəsarət alan olmayıb, katapult sistemi işə salınıb və pilotlar xilas olub.

Aidiyyəti qurumlara qəzanın səbəblərini araşdırmaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR