Hindistanda ofis binasında yanğın olub, 26 nəfər ölüb

Hindistanda ofis binasında yanğın olub, 26 nəfər ölüb
# 13 may 2022 22:29 (UTC +04:00)

Hindistanda yanğın olub.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında baş verib.

Hadisə nəticəsində ən azı 26 nəfər həlak olub.

12 nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, yanğın birinci mərtəbədən başlayıb və qısa müddətdə 70-ə yaxın insanın olduğu bütün binanı bürüyüb.

Binanın sahibi həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR