Hindistanda qırıcı təyyarə yaşayış binasına çırpılıb, azı 3 nəfər ölüb

Hindistanda qırıcı təyyarə yaşayış binasına çırpılıb, azı 3 nəfər ölüb
# 08 may 2023 12:09 (UTC +04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarə yaşayış binasına çırpılıb, azı 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə New Delhi Television (NDTV) məlumat yayıb.

Hindistan HHQ məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında baş verib.

Təyyarənin pilotu yüngül xəsarətlər alıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR