Hindistanda yük vaqonları gözləmə zalına çırpılıb, azı 3 nəfər ölüb

Hindistanda yük vaqonları gözləmə zalına çırpılıb, azı 3 nəfər ölüb
# 21 noyabr 2022 10:53 (UTC +04:00)

Hindistanın Odişa ştatında qatar qəzası baş verib.

APA-nı “The Hindu”ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər isə ciddi xəsarət alıb.

Hadisə Cacpur şəhərində, Koray stansiyasında baş verib, yük daşıyan qatarın səkkiz vaqonu relsdən çıxaraq gözləmə zalına çırpılıb.

Qəzanın baş verdiyi istiqamətdə dəmir yolu hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR