Hindistanın MiQ-21 qırıcısı qəzaya uğrayıb, pilot ölüb

Hindistanın MiQ-21 qırıcısı qəzaya uğrayıb, pilot ölüb
# 25 dekabr 2021 04:12 (UTC +04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə HHQ-nin “Twitter” səhifəsində məlumat verilib.

Qəza nəticəsində pilot - HHQ-nin qanad komandiri Harşit Sinhan həlak olub.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib.

Qeyd edək ki, Hindistanda bu il 5 MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR