Honduras prezidenti ilk dəfə Çinə səfər edib

Honduras prezidenti ilk dəfə Çinə səfər edib
# 09 iyun 2023 07:51 (UTC +04:00)

Honduras prezidenti Siomara Kastro Şanxaya səfər edib.

APA xəbər verir k, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Çinə ilk səfərdir.

Dövlət başçısını hava limanında Çin Xalq Respublikası xarici işlər nazirinin köməkçisi Hua Çunyin qarşılayıb.

Kastro Çin Sədri Si Cinpinin dəvəti ilə 9-14 iyun tarixlərində xüsusi missiya ilə Çində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR