Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var

Honkonqda tankerdə partlayış olub, ölən və yaralananlar var
# 29 may 2022 19:34 (UTC +04:00)

Honkonqdan 300 km şərqdə neft tankerinin göyərtəsində partlayış olub.

APA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Panama bayrağı altında üzən “Chuang Yi” tankerində partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gəminin heyət üzvləri arasında indoneziyalı və manamalı dənizçilər var.

Hadisə yerinə xilasetmə əməliyyatı üçün iki vertolyot göndərilib. Artıq tankerdə yanğının lokallaşdırıldığı bildirilir.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR