Husilər BƏƏ-də neft tankerlərinə hücum edib, ölənlər var - YENİLƏNİB

Husilər BƏƏ-də neft tankerlərinə hücum edib, ölənlər var - YENİLƏNİB
# 17 yanvar 2022 15:44 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastukturu dron hücumuna məruz qalıb.

APA WAM agentliyinə istinadən xəbər verir ki, paytaxt Əbu Dabinin Müşəffah səmtinə edilən hücum zamanı neftlə dolu 3 tankerə zərbə endirilib.

Tankerlərin ciddi zədələdiyi bildirilib. Polis dron hücumu zamanı 3 nəfərin öldüyünün, 6 nəfərin isə yaralandığını açıqlayıb.

***

14:29

Yəməndəki üsyançı “Ənsar Allah” qruplaşması (husilər) Birləşmiş Ərəb Əmirliklərinə dronlarla hücum edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın rəsmi nümayəndəsi Yəhya Sariya açıqlama verib.

Husilərin BƏƏ-nin infrastruktur obyektlərinə hücum etdiyi bildirilir.

Fakta bağlı ətraflı məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR