İran parlamentinin 11 deputatı Energetika nazirindən şikayət edib

İran parlamentinin 11 deputatı Energetika nazirindən şikayət edib
# 21 avqust 2019 15:26 (UTC +04:00)

İran parlamentinin 11 deputatı ölkənin Energetika naziri Rza Ərdəkaniandan şikayət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin deputatı Abbas Gudərzi deyib.

O bildirib ki, son sel və daşqınlar zamanı ziyan görən bölgələrdən olan həmin deputatlar Energetika Nazirliyinin indiyədək həmin bölgələrdə gördüyü işlərdən narazıdırlar: “Deputatlar nazirliyin fəsadların aradan qaldırılması ilə bağlı az iş gördüyünü, su və bəndlər sahəsində infrastrukturda əsaslı problemlərin olduğunu bildiriblər”.

Onun sözlərinə görə, 10 il öncədən həmin bölgələrdə bəndlərin tikintisinə başlansa da, indiyədək tikinti işlərinin 30 faizi aparılıb: “Deputatlar düşünür ki, vaxtında bu bəndlər tikilsəydi, sel bölgəyə bu qədər ziyan verə bilməzdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR