İran Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirib

İran Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirib
# 18 iyul 2019 17:07 (UTC +04:00)

İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində qaçaq neft daşıyan tankeri ələ keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın bu gün yayımladığı bəyanatda bildirilib ki, neft tankeri uzun sürən izləmədən sonra təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində bazar günü saxlanılıb.

Tankerin 1 milyon barel həcmində qaçaq neft daşıdığı məlum olub. Gəminin ekipaj üzvü olan 12 əcnəbi həbs olunub.

Onların barəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR