İran Xarici işlər naziri G7 sammitinin keçirildiyi şəhərə gəlib

İran Xarici işlər naziri G7 sammitinin keçirildiyi şəhərə gəlib
# 25 avqust 2019 18:11 (UTC +04:00)

Bu gün İran Xarici işlər naziri Cavad Zərif "Böyük yeddilik" (G7) sammitinin keçirildiyi Fransanın Biarritz şəhərinə gəlib.

APA-nın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, C. Zərif fransalı həmkarı Jan-İva Le Drianın dəvəti ilə Fransa Prezidenti Emmanuel Makronun nüvə razılaşması ilə bağlı təklifini müzakirə etmək üçün Biarritz şəhərinə gəlib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi də "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, C. Zərif fransalı həmkarının dəvəti ilə Fransa və İran prezidentlərinin son təklifi ətrafında müzakirələr aparmaq üçün G7 sammitinin keçirildiyi Biarritz şəhərinə səfər edib. A. Musəvi C. Zərifin ABŞ nümayəndə heyəti ilə görüş və danışıqlarının planlaşdırılmadığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR