İranda qadınlar stadionda futbol izləyə biləcəklər

İranda qadınlar stadionda futbol izləyə biləcəklər
# 15 sentyabr 2019 15:05 (UTC +04:00)

İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR