İranın Xuzistan əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla səhər saat 10:54-da baş vermiş zəlzələnin episentri əyalətin İzə bölgəsidir.
Zəlzələ yerin 11 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində insan itkisi və ya dağıntının olması barədə hələlik məlumat verilməyib.