İsrail Prezidenti Knesset rəhbərliyi ilə məsləhətləşmələrə başlayacaq

İsrail Prezidenti Knesset rəhbərliyi ilə məsləhətləşmələrə başlayacaq
# 19 sentyabr 2019 19:29 (UTC +04:00)

İsrail Prezidenti Reuven Rivlin 22-ci Knesset rəhbərliyi ilə məsləhətləşmələrə başlayacaq.

APA-nın xəbərinə görə, bu barədə İsrail dövlət radiosu “Kan” məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr sentyabrın 22-də aparılacaq.

İsrail Prezidenti daha sonra “Likud" partiyasının lideri Benyamin Netanyahu və “Mavi və Ağ” partiyasının lideri Benni Qantz ilə danışıqları davam etdirəcək.

Bundan əvvəl, R. Rivlin Baş Nazir B. Netanyahunun sentyabrın 17-də keçirilən təkrar parlament seçkilərində əsas rəqibinə koalisiya hökuməti qurmaq çağırışını alqışlayıb. Bunun ardınca B. Qantz keçirdiyi mətbuat konfransında özünün liberal koalisiya hökuməti quracağına və bu hökumətə özünün rəhbərlik edəcəyini açıqlayıb. Ancaq “Likud” liderinin təklifini qəbul etməsi barədə məlumat verməyib.

Qeyd edək ki, sentyabrın 17-də Knessetə keçirilən seçkilərdə səslərinin 97%-i hesablandıqdan sonra “Mavi və Ağ” partiyası Knessetdəki 120 yerdən 33-nü, “Likud” partiyası isə 31-ni qazanıb.

İsrail qanunvericiliyinə görə, prezident R. Rivlin seçkinin nəticələrinə əsasən, Knesset üzvlərinə 42 gün ərzində yeni hökumət qurmağı tapşırmalıdır. Baş Nazir postuna namizəd bir qayda olaraq, ən çox deputat mandatına sahib olan partiyanın lideri olmalıdır. Lakin prezident kabinetin formalaşdırılmasını ən çox səs toplamayan siyasətçiyə də həvalə edə bilər. Amma bu şərtlə ki, o 120 deputatdan 61-nin dəstəklədiyi koalisiyanı qura bilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR