İran parlamentinin 11 deputatı Energetika nazirindən şikayət edib

İran parlamentinin 11 deputatı Energetika nazirindən şikayət edib
  • Clock-gray 15:26
  • calendar-gray 21 Avqust 2019

İran parlamentinin 11 deputatı ölkənin Energetika naziri Rza Ərdəkaniandan şikayət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin deputatı  Abbas Gudərzi deyib.

O bildirib ki, son sel və daşqınlar zamanı ziyan görən bölgələrdən olan həmin deputatlar  Energetika Nazirliyinin indiyədək həmin bölgələrdə gördüyü işlərdən narazıdırlar: “Deputatlar nazirliyin fəsadların aradan qaldırılması ilə bağlı az iş gördüyünü, su və bəndlər sahəsində infrastrukturda əsaslı problemlərin olduğunu bildiriblər”.

Onun sözlərinə görə,  10 il öncədən həmin bölgələrdə bəndlərin tikintisinə başlansa da, indiyədək tikinti işlərinin 30 faizi aparılıb: “Deputatlar düşünür ki, vaxtında bu bəndlər tikilsəydi, sel  bölgəyə bu qədər ziyan verə bilməzdi”.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date