İran saxladığı Britaniya tankerini sərbəst buraxıb - YENİLƏNİB

İran saxladığı Britaniya tankerini sərbəst buraxıb - YENİLƏNİB
  • Clock-gray 15:54
  • calendar-gray 23 Sentyabr 2019

İran hökuməti Britaniyanın "Stena Impero" tankerini sərbəst buraxıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə yerli KİV məlumat verib.

Qeyd edək ki, İran hökumətinin sözçüsü Əli Rabii bu gün keçiridiyi mətbuat konfransında "Stena Impero" tankerinin sərbəst buraxılması üçün bütün idari prosedurun başa çatdığını demişdi.

Xatırladaq ki, İran təxminən iki ay öncə saxladığı "Stena Impero" Britaniya tankerinin 7 ekipaj üzvünü bir müddət öncə azad etmişdi.

***

15:07

Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin sərbəst buraxılması üçün bütün qanuni addımlar tamamlanıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rabii deyib.

O qeyd edib ki, tankerin nə vaxt sərbəst buraxılacağı ilə bağlı onda hər hansı məlumat yoxdur.

Xatırladaq ki, iyulun 19-da Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb və tanker Bəndər-Abbas limanına gətirilib. 

Bundan əvvəl iyulun 4-də Böyük Britaniya tərəfindən Cəbəllütariqdə İran tankeri saxlanıb. İranın “Stena Impero” tankerini saxlaması Böyük Britaniyaya cavab addımı sayılırdı.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date