İran yeni raketini sınaqdan keçirib

İran yeni raketini sınaqdan keçirib
  • Clock-gray 12:29
  • calendar-gray 24 Avqust 2019

İran yeni raketini sınaqdan keçirib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami deyib.

"Ölkəmiz hər zaman müxtəlif müdafiə və strateji sistemləri sınamaq üçün bir meydandır və bunlar qarşısı alınmaz gücümüzün daha da artması istiqamətində atılan davamlı addımlardır. Dünən də bu sahədə xalqımız üçün uğurlu günlərdən biri idi", - deyə H.Salami bildirib.

İranlı general raket haqqında əlavə məlumat verməyib.

Qeyd edək ki, həftənin əvvəlində İran Rusiyanın S-300 sisteminin analoqu olan özünün Bavar-373 uzaq mənzilli mobil hava hücumundan müdafiə sistemini təqdim edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date