İraqda hərbi aviabazada yanğın baş verib

İraqda hərbi aviabazada yanğın baş verib
  • Clock-gray 22:46
  • calendar-gray 20 Avqust 2019

İraqın mərkəzindəki Salah-əd-Din əyalətində yerləşən hərbi-hava qüvvələrinə məxsus bazada güclü yanğın baş verib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalətin təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib.

İlkin məlumata görə, yanğın qəfildən “Əl-Bəkr” aviabazasında meydana gəlib. Hazırda ərazidə xilasedici xidmətin bir neçə briqadası yanğının qarşısını almağa çalışır.

Əyalətin təhlükəsizlik qüvvələrinin nümayəndəsi yanğının səbəblərinin hələ ki məlum olmadığını bildirib.

“Sky News Arabia” telekanalı özəl mənbəyə istinadən xəbər verir ki, aviabazada baş vermiş yanğından bir qədər əvvəl minaatanlardan atəş açılıb. Hərbi obyektin ərazisində bir neçə mərmi partlayıb. İraq rəsmiləri bu barədə hələlik bir açıqlama verməyib.

Sərxan Kamallı

Digər xəbərlər

Arxiv

date