İndoneziya palma yağının ixracını dayandırıb

İndoneziya palma yağının ixracını dayandırıb
# 29 aprel 2022 06:07 (UTC +04:00)

İndoneziya palma yağının ixracına qadağa qoyub.

APA-nın xəbərinə görə, hökumətin qərarında göstərilir ki, palmadan alınan bütün növ məhsulların ixracına embarqo tətbiq edilib.

Qərar daxili bazarda yağın kəskin bahalaşması ilə izah edilir. Son həftələrdə xarici bazarda qiymət artdığı üçün istehsalçılar məhsulu xaricə satmaqda maraqlıdır. Ukrayna münaqişəsi fonunda bütün yağlar kimi bu məhsul da bahalaşır.

Palma yağı İndoneziyada həssas məsələdir. Onun bahalaşması sosial narazılıq yaradır. Ticarət Nazirliyi bildirib ki, daxili bazarda qızartma yağının 1 litri 14 000 rupiyə (təxminən 2 AZN) endikdə ixraca yenidən icazə veriləcək.

Qeyd edək ki, dünyada istifadə edilən palma yağının 60%-i İndoneziyada hasil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR