İndoneziyada Semeru vulkanı 1 il sonra yenidən püskürüb - VİDEO

İndoneziyada Semeru vulkanı 1 il sonra yenidən püskürüb - VİDEO
# 04 dekabr 2022 15:17 (UTC +04:00)

Bu gün səhər İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

APA-nın xəbərinə görə, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması üzrə Milli Agentliyi məlumat yayıb.

Vulkan 1,5 km yüksəkliyə kül püskürür. Vulkan püskürməsi ilə əlaqədar 95 nəfər evakuasiya edilib. Yerli sakinlərə vulkana 5 km-dən çox yaxınlaşmamaq tövsiyə olunub.

Qeyd edək ki, Semeru vulkanı 2021-ci ilin dekabrında da püskürüb, ölənlər olub.

© APA | İndoneziyada Semeru vulkanın püskürməsi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR