İndoneziyada silahlı hücum zamanı 10 nəfər ölüb

İndoneziyada silahlı hücum zamanı 10 nəfər ölüb
# 16 iyul 2022 21:13 (UTC +04:00)

İndoneziyada silahlı hücum olub.

APA Reuters-ə istinadən xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib.

Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb.

Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib.

Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib.

Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR