İndoneziyada stadionda iğtişaşlar zamanı 174 nəfər həlak olub - VİDEO - YENİLƏNİB

İndoneziyada stadionda iğtişaşlar zamanı 174 nəfər həlak olub - VİDEO  - YENİLƏNİB
# 02 oktyabr 2022 12:09 (UTC +04:00)

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində 174 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

İndoneziya polisinin məlumatına görə, təxminən 180 nəfər xəsarət alıb.

***

04:12

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

APA xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR