İndoneziyada vulkan püskürüb, 2000-ə yaxın insan təxliyə olunub

İndoneziyada vulkan püskürüb, 2000-ə yaxın insan təxliyə olunub
# 05 dekabr 2022 02:55 (UTC +04:00)

İndoneziyanın Yava adasında Semeru vulkanı püskürüb.

APA BBC-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 2000-ə yaxın insan təxliyə olunub.

Püskürmədən sonra 1,5 kilometr hündürlükdə vulkan külü yayılıb.

Bunun insanlarda yaradacağı təsirləri azaltmaq üçün ətrafda yaşayanlara 20 mindən çox tibbi maska paylanılıb.

Xatırladaq ki, Semeru vulkanı sonuncu dəfə bir il bundan öncə püskürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR