İndoneziyada zavodda yanğın baş verib, ölən var

İndoneziyada zavodda yanğın baş verib, ölən var
# 16 may 2022 07:48 (UTC +04:00)

İndoneziyanın "Pertamina" dövlət şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.

APA "ANI News" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.

Xilasedicilər 5 nəfərin yaralandığını deyib.

Yanğın yerli vaxtla saat 11:00-da neftayırma zavodunun hidrotəmizləmə kompleksində baş verib.

Xəstəxanaya yerləşdirilən yaralılardan 3-ün vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR