İordaniya Kralı Netanyahunu təbrik edib

İordaniya Kralı Netanyahunu təbrik edib
# 14 noyabr 2022 17:30 (UTC +04:00)

İordaniya Kralı II Abdullah İsrailin "Likud" partiyasının lideri Benyamin Netanyahuya zəng edərək onu seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Qeyd edək ki, İsrail mətbuatı Kral II Abdullahın Netanyahu ilə hələ o, Baş nazir postundan getməzdən əvvəl münasibətlərinin gərginləşdiyini və əlaqələrinin kəsildiyini bildirmişdi. İordaniya rəsmiləri Netanyahunun quracağı yeni hökumətlə bağlı narahatlıqlarını ifadə etmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR