İran 8 ölkənin dənizçilərinə ölkəyə girişi qadağan edib

İran 8 ölkənin dənizçilərinə ölkəyə girişi qadağan edib
# 29 dekabr 2021 17:30 (UTC +04:00)

İran 8 ölkədən gəmilərin ekipajının ölkəyə girişini qadağan etdi .

APA-nın Tehran bürosunun məlumatına görə, bunu ölkə limanlarında koronavirusla mübarizə qərargahının koordinatoru Çingiz Cavadpur deyib.

O bildirib ki, bu qərar koronavirusla mübarizə məqsədi ilə atılıb.

Qərara əsasən Zimbabve, Mozambik, Namibiya, Malavi, Cənubi Afrika, Svatini, Lesoto və Botsvanadan İrana gələn gəmilərin ekipajlarının ölkəyə girişi qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR