İran ABŞ ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib

İran ABŞ ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib
# 24 yanvar 2022 15:02 (UTC +04:00)

“ABŞ ilə məhbusların mübadilə edilməsinə hazırıq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Əgər ABŞ öncədən əldə olunmuş razılığı yerinə yetirsə, bu məsələ ən qısa zamanda öz həllini tapacaq. Amerikada İran vətəndaşları yalan səbəblərdən həbsdədir. Lakin İranda həbsdə olan Amerika vətəndaşlarının ittihamları sübuta yetişib. Qarşı tərəfin iradəsi olarsa, Vyana müzakirələrində məhbusların mübadiləsi məsələsində də davamlı və sabit saziş əldə edə bilərik", - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR