İran AEBA-nın iddialarını əsassız sayır

İran AEBA-nın iddialarını əsassız sayır
# 13 sentyabr 2022 15:23 (UTC +04:00)

Beynəlxalq Atom Enerjisi Təşkilatının (AEBA) nəzarət boşluğuna dair iddialarının heç bir hüquqi əsası yoxdur.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, təşkilatın nəzarət boşluğu və bu boşluğun hər gün daha da böyüdüyünə dair iddiasının heç bir hüquqi əsası yoxdur: "İran təşkilatın iddia etdiyi üç yer ilə bağlı tam əməkdaşlıq edib. Təşkilatın suallarına məlumat və cavablar göndərib, qeyri-müəyyənliyi aradan qaldırmaq üçün müzakirələr aparıb".

B.Kəmalvəndi bildirib ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı İsrailin təşkilata konkret siyasi məqsədlər üçün təqdim etdiyi sənədlər əsasında mühakimə yürütməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR