İran AEBA qarşısında öhdəliklərinin qüvvədə olduğunu deyib

İran AEBA qarşısında öhdəliklərinin qüvvədə olduğunu deyib
# 25 yanvar 2023 13:39 (UTC +04:00)

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə bağlı öhdəlikləri qüvvədədir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə deyib.

M.İslami Təşkilatının AEBA baş direktoru Rafael Qrossinin İrana səfərini təşkil etmək üçün məsləhətləşmələr aparıldığını bildirib.

O qeyd edib ki, İranın nüvə fəaliyyətlərinə qarşı yalan danışmaqdan məqsəd təzyiq göstərməkdir. "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kəşfiyyat bölmələri öz rəsmi görüşlərində bildiriblər ki, İranın nüvə fəaliyyətlərində heç bir dəyişiklik əlaməti yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR