İran Atom Enerji Təşkilatı: Qarşı tərəf nüvə sazişinə qayıtsa, biz də geri dönəcəyik

İran Atom Enerji Təşkilatı: Qarşı tərəf nüvə sazişinə qayıtsa, biz də geri dönəcəyik
# 02 avqust 2022 15:06 (UTC +04:00)

Əgər qarşı tərəf öz öhdəliklərinə qayıtsa, biz də geri dönəcəyik.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, parlamentin qanununa uyğun olaraq və xalqın mənafeyini qorumaq üçün bir sıra tapşırıqlar yerinə yetirilib:

“Onlardan biri də 1000 ədəd IR6 sentrifuqasının quraşdırılması idi və dünəndən onlara qaz vurmağa başladıq. Qarşı tərəf öz öhdəliklərinə qayıtsa, biz nüvə sazişi çərçivəsində öz öhdəliklərimizə sadiq qalacağıq”.

Kəmalvəndi qeyd edib ki, strateji imkanlarına görə, İranın nüvə bombasına ehtiyacı yoxdur və heç vaxt bu istiqamətə getməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR