İran Atom Enerjisi Təşkilatı: Ölkədə bəyan olunmamış nüvə obyekti yoxdur

İran Atom Enerjisi Təşkilatı: Ölkədə bəyan olunmamış nüvə obyekti yoxdur
# 18 yanvar 2023 13:23 (UTC +04:00)

İranda bəyan olunmamış nüvə fəaliyyəti və ya obyekti yoxdur.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bu gün səhər Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz açıq şəkildə bildiririk ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin özünün də bildirdiyinə görə, İran İslam Respublikasında elan olunmamış nüvə fəaliyyəti və ya obyekti yoxdur”, - Məhəmməd İslami qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR