İran DİN: Əfqanıstanla sərhəddə vəziyyət stabilləşib

Əhməd Vahidi

© APA | Əhməd Vahidi

# 31 may 2023 17:32 (UTC +04:00)

İran – Əfqanıstan dövlət sərhədində vəziyyət stabilləşib.

APA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi bildirib.

Nazirin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yaranan insidentə görə sərhəddə baş verən toqquşmalar dayanıb, İran və Əfqanıstan sərhədində vəziyyət normallaşıb.

Vahidi ölkə sərhədindəki vəziyyəti şərh edərkən qeyd edib ki, vəziyyətin gərginləşməsinin bir neçə səbəbi var. Bunlardan ən əsası bir sıra dövlət məmurlarının səriştəsizliyi və əfqan sərhədçilərinin peşəkarlığının aşağı səviyyədə olmasıdır.

İranlı nazir Taliban və Əfqanıstan rəsmilərinə ehtiyatlı olmağı, əfqan sərhədçilərini gərginlik yaratmamaq barədə xəbərdar etməyi tövsiyə edib.

Xatırladaq ki, son günlərdə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında toqquşmaların baş verib və İran KİV yaydığı məlumata əsasən, qarşıdurma zamanı bir iranlı sərhədçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR