İran dövlət televiziyasına haker hücumu olub

İran dövlət televiziyasına haker hücumu olub
# 27 yanvar 2022 18:19 (UTC +04:00)

İran dövlət televiziyasına haker hücumu olub.

APA-nın Tehran bürosunun məlumatına görə, haker hücumu dövlət televiziyasının 1-ci kanalında yaşanıb.

Reklam yayımı zamanı 10 saniyə müddətinə İran Xalq Mücahidləri Təşkilatının liderlərindən Məsud Rəcəvi və həyat yoldaşı Məryəm Rəcəvinin şəkilləri nümayiş edilib və “Salam olsun Rəcəviyə” sözləri yazılıb.

Oxşar hadisə Quran, Cavan və Pəyam kanallarında da baş verib.

İran dövlət televiziyasının texniki məsələlər üzrə sədr müavini Əli Dadi hazırda məsələnin araşdırıldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR