İran-Əfqanıstan sərhədində atışma olub - YENİLƏNİB-2 - VİDEO

İran-Əfqanıstan sərhədində atışma olub - YENİLƏNİB-2  - VİDEO
# 31 iyul 2022 18:01 (UTC +04:00)

Bu gün İran sərhədçiləri və “Taliban” qüvvələri arasında baş vermiş atışmada ölən və yaralanan olmayıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Sistan və Bəlucistan əyalətinin Hirmənd şəhər meri Meysəm Bərazəndə deyib.

Meysəm Bərazəndə atışmaya görə “Taliban”ı ittiham edib.

***

saat 16.58

İran sərhədçiləri ilə “Taliban” silahlıları arasında Hirmənd sərhəd bölgəsində toqquşma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, “Taliban” silahlıları Dust Məhəmməd şəhərinin kənarındakı evləri atəşə tutub.

Artıq atışma dayandırılıb.

***

saat 15.31

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində silahlı toqquşma başlayıb.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu Sistan və Bəlucistan əyalətinin Hirmənd şəhərinin meri Meysəm Bərazəndə bildirib.

Sərhəddə atışma davam edir.

Meysəm Bərazəndə silahlı toqquşma nəticəsində mümkün tələfatın hazırda dəqiqləşdirildiyini söyləyib.

Qarşıdurmanın səbəbi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR