İran “Fəttah” hipersəs raketini və “Pave” qanadlı raketini nümayiş etdirib.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd olunub ki, İran silahlı qüvvələrinin bu gün Tehranda keçirilən paradında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Aerokosmik Qüvvələrinin hipersəsli “Fəttah” raketi və uzaqmənzilli “Pave” qanadlı raketi ilk dəfə nümayiş etdirilib.
“Pave” qanadlı raketinin uçuş məsafəsinin 1650 km olduğu bildirilib.