İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub
# 18 noyabr 2022 14:16 (UTC +04:00)

İran Fransa istehsalı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyub.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Sənaye, Mədən və Ticarət və Nazirliyi məlumat verib.

Bildirilib ki, İran hökuməti Fransa avtomobil istehsalçılarına davranışlarına görə sanksiyalar tətbiq edib və onların İran avtomobil sənayesi və bazarına təzyiq göstərmək üçün sanksiyalardan istifadə etmələrinə icazə verməyəcək.

Qeyd olunub ki, ötən illərdə fransızların qeyri-peşəkar davranışlarına görə İran artıq "Renault", "Peugeot", "Citroen" və digər fransız avtomobil istehsalçılarının qeydiyyatına və idxalına icazə verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR